Belediyye.infonun suallarını Nizami rayon Keşlə bələdiyyəsinin sədri ələmdar Vafadarov cavablandırıb:
- Sədr olduğunuz bələdiyyədə vətəndaşalrın qəbul hansı səviyyədə təşkil edilir?
- Bələdiyyədə vətəndaş qəbulu sədr və müavin tərəfindən hər gün, günün istənilən vaxtı keçirilir. Bələdiyyənin inzibati binasına giriş sərbəstdir.
Bələdiyyə sədrinin qəbul vaxtı yoxdur, yəni bələdiyyəyə müraciət edən hər kəs qəbul olunur. Yenilik odur ki, bizdə qəbul saatları və qapıda mühafizəçi yoxdur. Günün istənilən vaxtı vətəndaş ya bələdiyyə sədrinə və ya, müavinə şikayət və təkliflərini verə bilir.
Ötən il vətəndaş müraciətlərinə toxunan sədr bildirb ki, 2016-cı ildə bələdiyyədə 267 nəfər vətəndaş qəbul edilmiş, onların ərizələrinə baxılmış və 81 məktub daxil olmuş, 31 nəfərə arayışlar verilmişdir. Vətəndaş qəbul edilərkən şifahi şəkildə dinlənilir, yazılı formada isə qeydiyyat aparılır.
Sədr daha sonra bildirb ki, bələdiyyəyə edilən müraciət və şikayətlər bələdiyyə iclasında müzakirə edilir və imkan daxilində onlara köməklik göstərilir, yeri gəldikdə onların problemləri bələdiyyə tərəfindən aidiyyatı təşkilatlara məktub şəklində göndərilir.
Yerli vergilərin yığım səviyəsinə toxunan sədr bildirb ki, Keşlə bələdiyyəsinin ərazisində yaşayan sakinlərin 90%-nin mülkiyyətini təsdiq edən sənəd olmadığı üçün vergi yığımında böyük çətinliklərlə üzləşirik. Bu da bizim maliyyə durumuna mənfi təsir göstərir:
- Hazırda Keşlə bələdiyyəsinin üzvlərinin sayı 15 nəfər, bələdiyyə qulluqçularının sayı isə 11 nəfərdir. Maliyyə xərclərini lazımı qaydada nizamlayırıq ki, artıq xərclərə yol verməyək.
Maliyyə durumunun yüksəldilməsi üçün birinci və ən vacib şərt sənədsiz evlərin sənədləşdirilməsidir.
Bizim üçün maraq doğuran ən əsas problem bələdiyyələrin xəritəsinin olması, bələdiyyə torpaqlarınin verilməsi, evlərin mülkiyyətini təsdiq edən sənədin olmasi hesab edirik.
inaırıq ki, yaxın günlərdə bu məsələrin həll edilərsə bələdiyyələrin qarşılaşdığı problemlər də azalmış olacaqdır.
Belediyye.info